B.e – Cümə · 09:00–18:00

Biznesiniz böyüsün,hüquqi riskləriniz yox.

Müqavilələrdən korporativ məsələlərə qədər — sahibkarlar üçün aydın, praktik və keyfiyyətli hüquqi dəstək.

  • Ödənişsiz konsultasiya
  • Məxfiliyin qorunması
  • Peşəkar hüquqi xidmət

Xidmət istiqamətlərimiz

Ən çox tələb olunan xidmət

Müqavilələrin hazırlanması və hüquqi təhlili

İmzaladığınız müqavilə sizi qoruyur, yoxsa qarşı tərəfi?

İlk baxışda adi görünən bir bənd biznesiniz üçün ciddi risklər yarada bilər. Riskləri yaranmadan aradan qaldırın!

  • Alqı-satqı və təchizat
  • Xidmət və podrat
  • İcarə
  • Məxfilik və SaaS
  • Distribyutorluq
Müqavilə üzrə müraciət edin (yeni pəncərədə açılır)

Xidmətə nə daxildir?

  • Müqavilə layihəsinin hazırlanması və ya yoxlanılması
  • Riskli və qeyri-müəyyən bəndlərin aşkarlanması
  • Alternativ redaksiya və düzəlişlər
  • Danışıqlarda hüquqi dəstək
Xidmətin həcmi və qiyməti işə başlamazdan əvvəl yazılı razılaşdırılır.

Korporativ hüquq

Şirkətin yaradılmasından idarəetmə və struktur dəyişikliklərinə qədər hər addımı sistemləşdiririk.

  • Şirkət qeydiyyatı və dəyişikliklər
  • Nizamnamə, qərar və protokolların hazırlanması
  • Təsis müqavilələri
Bu xidmət üzrə müraciət (yeni pəncərədə açılır)

IT, SaaS və e-ticarət hüququ

Rəqəmsal məhsulların hüquqi sənədlərini biznes modelinizə uyğunlaşdırırıq.

  • İstifadə şərtləri və məxfilik siyasəti
  • SaaS, proqram təminatı müqavilələri (SLA)
  • Fərdi məlumatların işlənməsi
Bu xidmət üzrə müraciət (yeni pəncərədə açılır)

Mübahisələrin həlli və məhkəmə

Mübahisənin həll variantlarını qiymətləndirir, güclü hüquqi mövqe qururuq.

  • Pretenziya və tələb məktubları
  • İddia, etiraz və şikayətlər
  • Məhkəməyəqədər danışıqların aparılması
Bu xidmət üzrə müraciət (yeni pəncərədə açılır)
Hansı xidmətin Sizə uyğun olduğunu bilmirsiniz?  Məsələnizi qısaca yazın — düzgün istiqaməti birlikdə müəyyən edək.Müraciət et
Niyə Marlaw?

Biz sadəcə hüquqi məsləhət vermirik. Problemlərə praktik həllər təqdim edirik.

Fərqimiz ondadır ki, nə qədər ödəyəcəyinizi, hansı xidməti alacağınızı və nəticədə nə əldə edəcəyinizi əvvəlcədən bilirsiniz.

MeyarMarlawƏnənəvi yanaşma
İlk görüşÖdənişsiz ilkin konsultasiyaİlk görüş də ödənişli ola bilər
Müqavilə yoxlanışıRiskləri tapır, düzəliş edir və həll yolu göstəririkYalnız hüquqi rəy təqdim edilməsi
QiymətƏvvəlcədən razılaşdırılmış xidmət haqqıSaatlıq və ya dəyişən ödəniş
ÜnsiyyətWhatsApp vasitəsilə birbaşa əlaqəFormal müraciət və yazışmalar
İşin gedişatıHər mərhələdə nə baş verdiyini bilirsinizYenilikləri ayrıca soruşmalı ola bilərsiniz
Xidmət sonrasıTəhvildən sonra 14 günlük əlavə dəstəkƏlavə müraciət üçün yeni xidmət haqqı
İlk görüş
MarlawÖdənişsiz ilkin konsultasiya
Ənənəvi yanaşmaİlk görüş də ödənişli ola bilər
Müqavilə yoxlanışı
MarlawRiskləri tapır, düzəliş edir və həll yolu göstəririk
Ənənəvi yanaşmaYalnız hüquqi rəy təqdim edilməsi
Qiymət
MarlawƏvvəlcədən razılaşdırılmış xidmət haqqı
Ənənəvi yanaşmaSaatlıq və ya dəyişən ödəniş
Ünsiyyət
MarlawWhatsApp vasitəsilə birbaşa əlaqə
Ənənəvi yanaşmaFormal müraciət və yazışmalar
İşin gedişatı
MarlawHər mərhələdə nə baş verdiyini bilirsiniz
Ənənəvi yanaşmaYenilikləri ayrıca soruşmalı ola bilərsiniz
Xidmət sonrası
MarlawTəhvildən sonra 14 günlük əlavə dəstək
Ənənəvi yanaşmaƏlavə müraciət üçün yeni xidmət haqqı

Hüquqi məsələləri mürəkkəbləşdirmirik. Sizin üçün aydınlaşdırır və həll edirik.

Real təcrübə

Sözlərimiz yox, nəticələrimiz danışır.

35+
müştəri
5+ il
hüquqi təcrübə
Texnologiya
Müştəri

Texnologiya startapı

Problem

Platformanı işə salmaq üçün nə şirkət, nə də hüquqi sənədlər hazır idi.

Görülən iş

Şirkəti təsis etdik, platformanın istifadə şərtlərini və kommersiya müqavilələrini hazırladıq.

Müqavilə hüququ və icazələr
Müştəri

Keytrinq şirkəti

Problem

Fəaliyyət üçün icazələr, müqavilələr və proseslərin hüquqi uyğunluğu lazım idi.

Görülən iş

Zəruri icazələri aldıq, müqavilələri hazırladıq, gündəlik prosesləri hüquqi qaydaya saldıq.

Korporativ hüquq
Müştəri

İstehsalat şirkəti

Problem

Şirkətin hüquqi formasını QSC-dən MMC-yə dəyişmək lazım idi.

Görülən iş

Çevrilmə üçün korporativ sənədləri hazırladıq və qeydiyyat prosesini sonadək müşayiət etdik.

Korporativ maliyyələşmə
Müştəri

Şirkət və onun kreditoru

Problem

Borcu pulla deyil, şirkətdə iştirak payı ilə bağlamaq lazım idi.

Görülən iş

Borcun paya çevrilməsinin hüquqi mexanizmini qurduq və bütün sənədləşməni təmin etdik.

Kimlər üçün işləyirik?

Fərqli bizneslər. Bir hüquqi tərəfdaş.

Kiçik və orta bizneslər, startaplar və Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin hüquqi ehtiyaclarına fokuslanırıq.

  • Kiçik və orta sahibkarlar
  • Startaplar və IT şirkətləri
  • E-ticarət və platformalar
  • Tikinti və xidmət şirkətləri
  • İdxalçılar və distribyutorlar
  • Xarici investorlar
Yanaşmamız

Hüququ biznesin dilində danışırıq.

Hər hüquqi məsələnin arxasında real biznes qərarı var. Məqsədimiz riskləri problemə çevrilmədən görmək və onları başa düşülən, idarə olunan qərarlara çevirməkdir.

Proaktivlik
Problemi gözləmirik — riski əvvəlcədən görürük.
Fərdi yanaşma
Hər müştərinin işi onun biznesinə uyğun qurulur.
Məxfilik
Məlumatların məxfiliyini təmin edirik.
Şəffaflıq
Həcm, müddət və qiymət əvvəlcədən razılaşdırılır.
Bizimlə əlaqə

Məsələnizi yazın.
Həllini birlikdə tapaq.

İlkin konsultasiya ödənişsizdir!

İlkin müraciət forması

Göndər düyməsi müraciətinizi hazır mesaj kimi WhatsApp-da açır.

Tez-tez verilən suallar

Sualınız var? Aydınlaşdıraq.

Cavabı tapmadınız? Birbaşa yazın.

İlkin konsultasiya ödənişsizdir?

Bəli. İlk müraciətdə məsələni ümumi dəyərləndirir və uyğun istiqaməti müəyyən edirik. Ətraflı təhlil və sənəd hazırlanması ayrıca razılaşdırılır.

Xidmətin qiyməti necə müəyyən edilir?

İşin növündən, sənədlərin həcmindən, mürəkkəblikdən və müddətdən asılıdır. Qiymət və şərtlər işə başlamazdan əvvəl yazılı razılaşdırılır.

Müqavilə artıq imzalanıbsa, müraciət edə bilərəm?

Bəli, amma tələsmək lazımdır — iddia müddətləri işləyir. Müqaviləni və yazışmaları göndərin, mümkün addımları birlikdə dəyərləndirək.

Onlayn xidmət göstərirsiniz?

Bəli. İlkin əlaqə, sənəd mübadiləsi və müzakirələrin çoxu məsafədən — video zəng və ya WhatsApp ilə aparıla bilər.

Davamlı (aylıq) hüquqi dəstək mümkündür?

Bəli. Müntəzəm müqavilə və korporativ məsələləri olan şirkətlər üçün iş həcminə uyğun aylıq model razılaşdırılır.

Hansı müştərilərlə işləyirsiniz?

KOB-lar, startaplar və Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərlə. Əmək mübahisələrində fiziki şəxslərə də kömək edirik.

Konsultasiyaya necə hazırlaşım?

Müqavilələri, yazışmaları və qərarları bir yerə toplayın, mühüm son tarixləri qeyd edin.

Təqdim etdiyim məlumatlar necə istifadə olunur?

Yalnız sizinlə əlaqə saxlamaq və müraciətinizi qiymətləndirmək üçün. Həssas sənədləri göndərməzdən əvvəl məxfilik şərtlərini birlikdə dəqiqləşdiririk.

Riski böyüməyə qoymayın. Bu gün yazın.

Konsultasiya üçün müraciət